Şirkət ona etibar olunan obyektləri telefon rabitəsi, İnternet, kabel televiziyası və radio ilə təmin edərək bu zaman zəif cərəyanlı sistemlərdən istifadə edir. Bu şəbəkələr ilə yanğın və mühafizə siqnalizasiyası, elektrik enerjisinin qeydiyyatı sistemləri və kompüter sistemləri quraşdırılır. Zəif cərəyanlı sistemlərin quraşdırılması zamanı funksiyaların geniş spektrinin yerinə yetirilməsi üçün şirkət tələb olunan təcrübəyə və geniş biliyə malikdir.

Video müşahidə
Video müşahidə kameralarının sistemi real zaman rejimində operativ nəzarəti və obyektə müşahidəni həyata keçirməyə icazə verir. Bizim şirkət obyektlərdə audio və video yazıların fasiləsiz və avtomatlaşdırılmış qaydada saxlanılması ilə video müşahidənin quraşdırılmasını təşkil edir. Quraşdırma işləri kiçik, orta və iri miqyaslı obyektlərdə aparılır, uzaq obyektlərdə İnternet vasitəsi ilə idarəetmə funksiyaları tətbiq olunur.

Kompüter şəbəkələri
Şirkət, kompüter və lokal şəbəkələrinin salınması ilə bağlı optimal qərarları təklif edir, zəmanətlər verir, montaj işlərinin yüksək keyfiyyətini təmin edir.

Yanğın siqnalizasiyası
Şirkət yanğın və yanğın – mühafizə siqnalizasiyasını, eləcə də, yanğın haqqında xəbərdarlıq və sızmalardan müdafiə sistemlərini quraşdırır. Yanğın siqnalizasiyasının təşkili yerlərdə sonrakı quraşdırma işlərinin aparılması ilə layihələndirmədən başlanır.

Telefon şəbəkələri
Müəssisələrdə və ofislərdə telefon şəbəkələrinin keyfiyyətli quraşdırılmasını təklif edirik. Bizim mütəxəssislər telefon siqnalının keyfiyyətinin pozulmaması və apparaturanın istismar prosesində gərginliyə qarşı davamlı olması üçün bütün tələb olunan qaydalara necə riayət etməyi bilirlər. İş yerlərinə qarşı münasibətdə telefon rozetkalarının və ATS rahat yerləşməsi məqsədilə yerin seçilməsi üçün biz, daxili məkana qarşı münasibətdə telefon kabelinin arxitekturasını layihələndiririk.