“Altus Engineering Group” şirkətinin istiqamətlərindən biri havalandırma, isitmə və ventilyasiya sistemlərinə servis xidmətindən ibarətdir. Personalın 15 ildən artıq təcrübəsi bizə etibarlı və məsul partnyor reputasiyasını əldə etməyə icazə vermişdir. Bizə bir çox fərdi şəxslər və korporativ müştərilər müraciət edirlər və onları əsasən göstərilən xidmətin müstəsna keyfiyyəti maraqlandırır. Şirkətin mütəxəssislərinin yüksək peşəkarlığı və çoxillik təcrübənin mövcudluğu, eləcə də, daimi tədris sayəsində biz, klimatik avadanlığa xidmətlə bağlı operativliyə və aşağı qiymətlərin təklif olunmasına zəmanət veririk.

Bizim servis fəaliyyətimiz növbəti istiqamətlərdən ibarətdir:

– avtorizə olunmuş montaj, işə salınma
– sazlanma və xidmət
– məişət və kommersiya klimatik texnikasının təmir olunması
– soyuducu mərkəzlər (sənayedə soyuq təchizatı)
– yerli və mərkəzləşdirilmiş, o cümlədən dəqiq (presizion) havalandırılma
– havanın texnoloji və ümumi mübadilə ventilyasiyası
– istilik təchizatı və isitmə sistemləri
– havanın nəmləndirilməi və qurudulma peşəkar sistemləri
– istənilən mürəkkəblik səviyyəsinə malik olan obyektlərin tam elektrikləşdirilməsi və enerji təchizatı
– mühəndis sistemlərinin və hava parametrlərinin monitorinqi sistemlərinin (havanın sürəti, temperaturu, təzyiqi, nəmliyi və s.) peşəkar şəkildə dispetçerləşdirilməsi və avtomatlaşdırılması

Servisimizin nəinki keyfiyyətinə, eləcə də, qiymət münasibliyinə əmin olmaq üçün biz, Sizi qarşılıqlı sərfəli əməkdaşlığa dəvət edirik.