Şirkət bu sahələrdə yüksək keyfiyyətli quraşdırma xidmətlərini təklif edir:

• Isitmə sistemləri;
• su təchizatı;
• kanalizasiya;
• su təchizatı, isitmə və kanalizasiya sistemlərinin təmiri.

İsitmə sistemləri
İsitmə sistemlərinin keyfiyyətli quraşdırması binanın bütün xüsusiyyətlərini nəzərə alan mükəmməl layihədən başlanır. İsitmə sistemlərinin quraşdırılmasında şirkətin mütəxəssisləri layihənin bütün texnoloji xüsusiyyətlərinə riayət edir və yalnız müasir materiallardan və avadanlıqlardan istifadə edirlər. Bu səbəbdən aparılan işlərin nəticəsi hətta ən tələbkar sifarişçiləri də razı salır.

Şirkətin mütəxəssisləri minimal müddətdə isitmə sistemlərinin montajı ilə bağlı ən mürəkkəb layihələri həyata keçirməyə qadirdirlər.

Su təchizatı və kanalizasiya sistemləri
Su təchizatı və kanalizasiya sistemlərinin quraşdırılması, yerinə yetirilən işlərin daha çox tələb olunan növlərindən biridir. Mütəxəssislərimizin işləyib hazırladıqları layihəyə müvafiq olaraq ən qısa müddət ərzində və yüksək keyfiyyətlə sistemlərin quraşdırma işləri yerinə yetirilir.

Su təchizatı və kanalizasiya sistemlərinin montajı üçün yeni materiallar və avadanlıq istifadə olunur.

Lakin, mühəndis kommunikasiyasının layihəsinin həyata keçirilmədiyi hallar da az deyildir. İsitməa, kanalizasiya, su təchizatı sistemlərinin montajı şirkətin mütəxəssisləri tərəfindən bu halda da yerinə yetirilə bilər. Bizim əməkdaşlarımız hesablama aparır və  isitməa, kanalizasiya, su təchizatı sistemi üçün zəruri olan avadanlığı seçirlər.

Əgər isitmə sisteminin montajını layihəsiz yerinə yetirmək zəruridirsə, o zaman şirkət tərəfindən:

– mütəxəssislərin obyektə səfər etməsi, otaqların müayinə olunması və optimal isitmə sistemlərinin təyin olunması həyata keçirilir;
– montajın ayrı
– ayrı məqamları ilə bağlı planlaşdırılan işlərin bütün əsas xüsusiyyətlərinin sifarişçi ilə müzakirəsi aparılır;
– sifarişçinin bütün arzularını nəzərə alan zəruri hesablamalar yerinə yetirlir;
– smeta təqdim olunur;
– mühəndis kommunikasiyasının montajı yerinə yetirilir